Almaniyada koronavirusda ölənlərin sayı son 24 saatda 94 nəfər artaraq 6 min 557-ə çatıb.

Unikal.org Alman mətbuatına istinadən xəbər verir ki, Almaniyanın Robert Koch İnstitutu tərəfindən yayımlanan koronavirus hesabatına görə, son 24 saat ərzində ölkədə 945 nəfərə koronavirus diaqnozu qoyulub.

Bununla da, Almaniyada yoluxanların sayı 161 min 703-ə,  virus qurbanlarının sayı isə 94 nəfər artaraq 6 min 575-ə çatıb.

Qeyd edək ki, koronavirus pandemiyasına yoluxanların sayı dünya miqyasında 3 milyon 344 min 402-ə çatıb.