Ermənistanda koronavirusa yoluxanların sayı 2 273 nəfərə çatıb.
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, son sutka ərzində 125 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bu günədək Ermənistanda 33 nəfər koronavirusun qurbanı olub, 1 227 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.