Bərdə rayonunda şok hadisənin təfərrüatları bəlli olub. Belə ki, ötən il  rayon sakini 29 yaşlı Tural qayınanasıgilə gedərkən bıçaqlanaraq dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, ailə Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan «Gəl dərdini danış» sosial-kriminal layihədə iştirak edərək bir sıra məqamlara aydınlıq gətirib. Turalın anası Təzəgül xanım və dayısı işin düzgün araşdırılmadığını və müstəntiqin «oğlunuz özü-özünü vurub» deyərək işə xitam verməsindən söz açıb.

"Oğlumla gəlinim yola getmirdi. Bir gün yenə gəlin anasının evinə getdi. Tural da onları gətirmək üçün qayınanasıgilə yollandı. Biraz sonra xəbər gəldi ki, Turalı bıçaqlayıblar. Tural xəstəxanada dünyasını dəyişdi. İşə Bərdə rayon Prokrorluğunda baxdılar. Dedilər ki, Turalı heç kim bıçaqlamayıb o, özü-özünü bıçaqlayıb".
 
Daha sonra bəlli olub ki, cinayət işinə xitam verilib. Turalın dayısı və ekspertlər isə «ölüm həddinə çatdırılma» maddəsinin belə açılmamasının məntiqə uyğun olmadığını bildirib. «Tural lap özü-özünü bıçaqlayıbsa, niyə ölüm həddinə çatıdırılma maddəsi üzrə iş açılmadı?» deyə Turalın dayısı bildirib.
 
Daha sonra hadisənin şok təfərrüatlarından daha biri bəlli olub. Mərhumun anası Təzəgül xanımın sözləri hər kəsi şoka salıb. «Kənddə deyirdilər ki, Turalın sonuncu övladı Turaldan deyil, onun dostu Anardandır. Əvvəl inanmadıq. Tural öləndən sonra DNT analizi verdik. Bəlli oldu ki, deyilənlər həqiqətdir. Analizin cavabı düz çıxdı. Uşaq oğlumdan yox Anardandır. Buna görədə Turalın ölümündə bu sirr var. Bu sirri müstəntiq araşdırmadı".