Hazırkı dövrədək ölkəmizdə 1984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1480 nəfər müalicə olunaraq sağalmış, 26 nəfər vəfat edib, 478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.