UNEC tələbələri koronavirus pandemiyası dövründə günlərini necə keçirdikləri barədə videoçarx hazırlayıblar.

Unikal.org xəbər verir ki, videoçarxda UNEC-in regionlarda yaşayan tələbələri, eləcə də Zaqatala filialının tələbələri dərs gününə necə başlamaları, distant dərs prosesi, eləcə də universitet həyatında daha çox nə üçün darıxdıqları barədə fikirlərini bölüşüblər.