Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi Taron Poqsoyan ölüb.

Unikal.org xəbər verir ki, ötən gün axşam saatlarında təmas xəttinin Füzuli istiqamətində "mina partlayışı" nəticəsində ölən erməni hərbi qulluqçusu rütbəcə mayordur. Ermənistan KİV-lərinin xəbərlərinə görə, 32 yaşlı mayor Taron Poqosyan Vazgen adına hərbi məktəbi bitirib, Araratın Vosketap icmasındandır və 3 uşaq atası idi. 

Erməni tərəfi onun "mina partlayışından" həlak olduğunu bildirir, lakin həmin partlayan minanın piyadalar əleyhinə mina, yoxsa minaatan mərmisi olduğunu dəqiqləşdirmir. Məlumdur ki, son günlər Azərbaycan ordusu cəbhə boyu düşmənin fəallığına cavab olaraq minaatanları tətbiq edir.