Azərbaycanda yoluxma halları arasında faiz göstəriciləri Bakı üzrə 45.3, Gəncə-Qazax üzrə 14.1, Lənkəran üzrə 10 faiz təşkil edir.
Unikal.org xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Agentlik sədri qeyd edib ki, həmin ərazilər narıncı zona elan edilib və orada karantin qaydalarına ciddi riayət edilmir: "Bakı üzrə ən çox yoluxma halı Yasamal və Sabunçu rayonları üzrə qeydə alınıb. Adları sadalanan yerlərdə bir nəfər çox sayda adamı yoluxdurduğuna görə yeni ocaqlar yaranırdı".
O bildirib ki, bu gün ölkədə reanimasiyada müalicəsi davam edən koronaviruslu xəstələrin sayı 22 nəfər təşkil edir:
"12 nəfər isə süni nəfəs aparatına qoşulub. Xüsusi rejimli xəstəxanalarda aktiv koronavirus xəstələrinin müalicəsi davam edir".
Agentlik sədri qeyd edib ki, son günlərdə xəstə sayında artımı karantin rejiminin yumşaldılması ilə bağlıdır:
"Çünki əvvəl qoruyucu vasitələrə üstünlük verilsə də, bu gün qaydalara riayət edən azdır".