Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə “Tarqovı”nın yenidən bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BŞBPİ-nin Mətbuat Xidməti Unikal.org-a bildirib ki, hazırda polis tərəfindən Nizami küçəsinə giriş və çıxışda hər hansı məhdudiyyətlər tətbiq olunmur:
“Sosial şəbəkələrdə küçənin bağlanılması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir”.