Cənub zonasında yoluxmanın əsas səbəbi sıx şəkildə İrana səfərləri ilə əlaqəli olub".
Unikal.org xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Agentlik sədri bildirib ki, bu günə qədər koronavirusa yoluxan uşaqlar arasında ağırlaşma halları olmayıb.
Z.Əliyev vurğulayıb ki, ölkədə koronavirusa yoluxan şəxslərin 10 faizi xaricdən gələn vətəndaşlardır.