İmişli Rayon İcra Hakimiyyətin sabiq başçısı Vilyam Hacıyevə qarşı irəli sürülən ittihamlar məlum olub.

Unikal.org xəbər verir ki, istintaq orqanı tərəfindən sabiq icra başçısına Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham verilib.