İzmirin Urla mahalında qəribə hadisə baş verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hələ bəlli olmayan səbəbdən bir kişi, "rent a car"dan icarəyə götürdüyü lüks avtomobili dənizə atıb. Bundan sonra o heç nə olmamış kimi yoluna devam edib.
Yoldan keçən vətəndaşlar hadisəni mobil telefon vasitəsi ilə lentə alıblar.
Maraqlıdır ki, avtomobli sahildən dənizə doğru sürən şəxs son anda avtomobildən özünü yerə atıb.