“Artıq bir neçə gündür ki, ekspress xətlər üzrə 18 metrlik avtobuslar sərnişindaşımaya cəlb edilir. Əgər aprelin 27-dən sonra sərnişin sayı 750-800 min arasında dəyişirdisə, mayın 4-dən sonra bu göstərici 1 milyonu keçib”.
Unikal.org xəbər verir ki, bu sözləri “Real” TV-nin canlı yayımında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev deyib.
“Son bir neçə gündür ki, biz 1 milyondan çox sərnişindaşıma həyata keçiririk”, - deyə M.Ağayev əlavə edib.