Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin oğlu işdən çıxarılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Məhəmməd Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunub.
Famil Fərhadoğlu