Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, mayın 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 19-22, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.
Mayın 8-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Mayın 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.