ARB 24 kanalından yayımlanan "Nə baş verir?" verilişində DTX-nin icra başçılarıyla bağlı keçirdiyi son əməliyyatlardan danışılıb. 

Unikal.org xəbər verir ki, xüsusən İmişlinin icra başçısı Vilyam Hacıyevin həbsinə toxunulan proqramda sözügedən rayondan deputat seçilmiş Razi Nurullayev də mövqeyini bildirib. Bu kimi halları pislədiyini deyən deputat baş verənlərin təfərrüatından xəbərsiz olduğunu dilə gətirib. 

Qeyd edək ki, sözügedən verilişdə həmçinin bəzi icra başçılarının, səlahiyyətli şəxslərin dövlət tərəfindən vətəndaşlara edilən ərzaq yardımının mənimsəməsi kəskin şəkildə tənqid edilib.