Azərbaycan Respublikasında koronavirus infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınmış, 15 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş - onlardan 1551 nəfər müalicə olunaraq sağalmış, 28 nəfər vəfat etmiş, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 175.910 test aparılmışdır.