Koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti sosial aksiyaları gündəlik davam etdirir.
Unikal.org xəbər verir ki, mayın 7-də aksiya çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonunun Lökbatan, Sahil, Puta, Korgöz, Qızıldaş, Ümid, Sanqaçal, Çeyildağ, Qobustan, Ələt və Müşviqabad qəsəbələrində ümumilikdə 250 aztəminatlı ailəyə ərzaq yardımı edilib.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-da tərəfindən keçirilən sosial aksiya qoşularaq 100 aztəminatlı ailə ilə görüşüb və onlara ərzaq sovqatı paylayıb.
Aksiya zamanı sakinlərin nəzərinə bir daha çatdırılıb ki, koronavirus infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 31 may 2020-ci il tarixədək 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilib, yaxın təmasları azaltmaq məqsədi ilə insanların fərdi evlərindən və mənzillərindən çıxışı isə xüsusi qaydalarla tənzimlənməklə məhdudlaşdırılıb. Qeyd edilib ki, vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib və bildirilib ki, hər bir yaranmış çətinliklə bağlı Rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng edə bilərlər.
Sovqatları qəbul edən vətəndaşlar koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə bu nəcib aksiyaya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.