"Mart, aprel, may və iyun ayında dərs proqramda nəzərdə tutulan mövzular imtahan suallarına salınmayacaq".

Unikal.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. 

O deyib ki, bu aylarda nəzərdə tutulan mövzular buraxılış imtahanında qiymətləndirilməyəcək”.
 
M. Abbaszadə qeyd edib ki, 9-cu sinif şagirdləri üçün Azərbaycan dili imtahanı kağız daşıyıcılarında keçiriləcək : “İmtahana buraxılış vərəqəsini hər bir şəxs şəxsi kabinetindən əldə edəcək. Şagirdlər yaşadığı regionlarda imtahanda iştirak edəcək. Regionlar arasında şagirdlərin imtahan verməsi nəzərdə tutulmur. İyun ayında 160 mindən çox şagird imtahanda iştirak edəcək. Onların hərəsi bir masa arxasında oturacaqsa, biz təxminən 320 minlik yer hazırlamalıyıq ki, o kontingenti yerləşdirək”.