"Sosial cəhətdən həssas ailə qruplarına aid olan tələbələrin təhsil haqqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur"
Unikal.org xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Nazir bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu məqsədlə 40 milyon manat vəsait ayrılıb. Bu qrupa aşağıdaki tələbələr aid edilir:
1.Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin:
1.1.ünvanlı dövlət sosial yardımı alanlar;
1.2.hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
1.2.1.I və II dərəcə əlilliyi olan şəxslər;
1.2.2.işsiz kimi qeydiyyatda olanlar;
1.2.3.yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar.