"İyun ayında 160 mindən çox insan imtahanlarda iştirak edəcək"
Unikal.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, imtahanlar zamanı hər auditoriyada maksimum 12-15 nəfər iştirak edəcək.
"Biz elə işləməliyik ki, hər bir imtahanda iştirak edən şəxs üçün eyni şəraiti yaradaq"deyə Məleykə Abbaszadə əlavə edib.