Azərbaycanda cəmi 2 min 204 yoluxma faktı, 28 ölüm faktı qeydə alınıb. 1551 nəfər müalicə olunaraq sağalıb ki, onlar arasında 84 və 92 yaşlı şəxslər də var. Hazırda aktiv xəstə sayı 625-dir. Qadınlar arasında yoluxma 54 faiz, kişilər arasında 46 faizdir.
Unikal.org xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, yoluxmanın aşkarlanması məqsədilə ölkəmizdə 176 minə yaxın test icra olunub. Hazırda gündəlik 4-6 min test icra etmək iqtidarına malikik.