“Bugünkü iclas həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirilir”.
Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O xatırladıb ki, bu gün Şuşa şəhərinin işğal günüdür: “Biz əminik ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək”.
İclasda Şuşa şəhərində şəhid olan şəxslərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra əslən Şuşadan olan gənc Əsra Məmmədli çıxış edib.