Azərbaycan Respublikası Hərbi prokurorluğunda Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəzaçəkmə müəsissəsində baş verən əsgər ölümü ilə bağlı cinayət işi başlanılıb.

Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev Unikal.org-a bildirib ki, prokurorluğa daxil olmuş sözü gedən məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, müvafiq ekspertizalar təyin edilmiş, şahidlər dindirilmiş və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Bakı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünüöldürməhəddinəçatdırma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq qrupu yaradılmış və təxirəsalınmaz zərur iistintaq hərəkətləri həyata keçirilir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.
 

Famil Fərhadoğlu