Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, əhalinin karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır.
Bildirilib ki, növbəti belə tədbirlərdən biri də paytaxtın Xəzər rayonunda baş tutub.
Belə ki, maddi yardımların verilməsi ilə bağlı Binə qəsəbəsindəki poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları xüsusi karantin rejiminin tələblərini izah edib, ara məsafələrin qorunmasını xatırladıb və onlara mindən çox tibbi maska paylayıblar.