Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar evdən çıxa bilməyən rayon sakinlərinə, ehtiyacı olan imtiyazlı və aztəminatlı ailələrə Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ərzaq yardımının paylanılması davam etdirilir.
Unikal.org xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları tərəfindən növbəti dəfə ehtiyacı olan 200 şəhid, əlil və aztəminatlı ailələrə, o cümədən evdən çıxa bilməyən 65 yaşdan yuxarı tənha sakinlərə ərzaq məhsullarından ibarət bağlamalar çatdırılıb.
Eyni zamanda, rayon sakinlərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi bildirilib.