Qubadlı rayonunda Faşizm üzərində qələbənin 75-ci il dönümü münasibətilə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilaçılığı ilə 08 may 2020-ci il tarixdə Qubadlı rayonundan olan BVM veteranlarının evlərində görüşlər keçirilib.
Unikal.org xəbər verir ki, görüşdə Qubadlı rayon İcra Hakimiyyətinin məsul işçiləri və rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.
Görüşlərdə BVM veteranları müharibə illərindəki xatirələrini bölüşərək, azərbaycanlıların bu müharibədə göstərdikləri qəhrəmanlıqlardan söhbət ediblər. Dövlətimizin onlara göstərdiyi diqqət və qayğıya görə Ulu Öndər siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildiriblər.
Sonda İkinci Dünya müharibəsi iştirakçılarına rayon İcra Hakimiyyəti tərəfindən 300 manat məbləğində pul mükafatı və hədiyyələr verilib.