Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.

Unikal.org -un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov Prezident İlham Əliyev və Birinci vitse-prezildent Mehriban Əliyevanın çağırışları pandemiyaya qarşı mübarizədə mühüm rol oynadığını bildirib.

Z. Hüseynov deyib ki, ötən günlərdə Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində cəmiyyət həmrəylik və birliyi görüb: “Koronavirusla mübarizədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mühüm rolu var. Mən bu mübarizədə xüsusi fəallıq göstərən həkimlərə, hüquq-mühafizə orqanlarının əməkdaşqlarına və KİV nümayəndələrinə təşəkkür edirəm”.