“Metroda gündəlik dezinfeksiya işləri aparılacaq”.
Unikal.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.
Z. Hüseynov deyib ki, depoda da, qatarlarda da sanitar işlər görüləcək: “Dezinfeksiya işləri gündə 3 dəfədən artıq həyata keçiriləcək. Əminəm ki, Prezidentin "Biz birlikdə güclüyük" şüarı ilə bu günlərdən qələbə ilə çıxacağıq”.