Metroya maskasız daxil olan sərnişinlərin cərimələnməsi "Bakı Metropoliteni"nin səlahiyyətində deyil.

Unikal.org -un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov bildirib.

Onun sözlərinə görə, bununla bağlı aidiyyəti qurumlar tədbir görə bilər:

"Biz yalnız səlahiyyətimiz daxilində qaydalara uyğun fəaliyyət göstərəcəyik və qaydalara uyğun da nəzarət həyata keçirəcəyik".