Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə "Heydər Əliyev siyasəti: Azərbaycan gəncliyi" mövzusundakı videokonfrans keçirilib.

Bu barədə millət vəkili Elnur Allahverdiyev Unikal.org-a məlumat verib. O, qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan videokonfransda millət vəkilləri və ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan gənclər iştirak edib:

 "Ulu öndərin həm sovet dönəmində, həm də müstəqillik illərində gənc nəslin intellektual və mənəvi-psixoloji inkişafı, fiziki tərbiyəsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə fikir mübadiləsi apardıq.Reallıqdan qaynaqlanan ümumi qənaətimiz bundan ibarətdir ki, bugün Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı kadr və struktur islahatları ümummilli liderimizin həm Sovet İttifaqı illərində, həm də müstəqillik dövründə gənc nəsli elmə, təhsilə yönəltməsi, onlara etimad göstərib mühüm vəzifələrə çəkməsi siyasətinin uğurla davam etdirilməsidir. İndiki uğurlarımız məhz ümummilli liderimiz tərəfindən əsası qoyulmuş dövlət quruculuğu prosesinin bəhrəsidir".