Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev Cinayət Məcəlləsində olan dəyişikliklərlə bağlı cəzasının azaldılması ilə bağlı məhkəməyə müraciət edib.

Unikal.org apa-ya məlumatına görə, Qaradağ rayon Məhkəməsində C. Hacıyevin ərizəsi təmin edilməyib.

Qərarla razılaşmayan C. Hacıyev Qaradağ rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun icraatına verilib.

Qeyd edək ki, C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər əməlləri törətməkdə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsində onun cəzası 3 ay azaldılıb və barəsində qəti olaraq 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.