Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd edilib.

Unikal.org xəbər verir ki, Dövlət Agentliyinin rəhbərliyi və kolektivi ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini yad ediblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov qısa nitqlə çıxış edərək müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində həmin dövrdə bütün sahələrdə olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyulduğunu bildirib.

Saleh Məmmədov əlavə edib ki, bu gün həmin islahatların nəticəsidir ki, hazırda ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında köklü dəyişikliklər olub, yol infrastrukturuna dair yüksək əhəmiyyət daşıyan layihələr həyata keçirilib və bu çərçivədə işlər davam etdirilir, yeni yollar və körpülər salınır. Bir sözlə Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib.