Mayın 10-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir.  Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə 10-12, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət  80-90 faiz təşkil edəcək.  

Mayın 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 8-13, gündüz 15-20, dağlarda gecə 2-6, gündüz  7-11 dərəcə isti olacaq.