Saatlıda yetkinlik yaşına çatmayan qızı evlənmək niyyətinə qaçırmaqda təqsirləndirilən Pərviz Bağırov və onun qardaşı Sahil Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, P. Bağırov 12 il, S. Bağırov 10 il azadlıqdan məhrum edilib.
Qərardan narazı qalan qardaşlar apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsində keçirilən iclasda onların şikayəti təmin edilməyib
İttihama görə, P. Bağırov yetkinlik yaşına çatmayan A. L-nı evlənmək niyyəti ilə qardaşı S. Bağırovla birlikdə Saatlı rayonunda yerləşən tam orta məktəbinin çıxışında qaçırıblar.
Onlar qızın məktəbdən çıxdığını görüb, idarə etdikləri avtomobillə qıza yaxınlaşıblar.
Qardaşların biri qızın saçından, digər isə ayaqlarından tutaraq avtomobili mindirib, ərazidən uzaqlaşıblar. Qızın valideynlərin məsələdən xəbərdar olmasından sonra hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Hüquq-mühafizə orqanları tərəfindən hər iki qardaş saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə ittiham verilib.(apa)