"COVID-19-la mübarizədə Azərbaycanda həyata keçirilən tədbirlər bizi çox sevindirir".
Unikal.org xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əlaqədə çalışır. Azərbaycan Prezidenti İlham Əliyevə yardımlarına görə təşəkkür edirik".
Hande Harmancı sözlərinə belə davam edib:
“Hazırda dünyanın bir çox ölkələrində karantinlə bağlı tətbiq olunan məhdudiyyətlərin yumşaldılması prosesi həyata keçirilir.
Karantindən çıxış zamanı isə yoluxma halları hələ də müşahidə olunur. Bu isə gözləniləndir. Ona görə də bütün qaydalara riayət etməliyik”.