“Bütün qaydalara əməl olunsa, heç bir kafedə, restoranda və digər ictimai iaşə müəssisələrində heç bir yoluxma halları olmaz”.
Unikal.org xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
“Amma qaydalara riayət olunmasa, “ikinci dalğa” çox sərt şəkildə ola bilər. Ona görə də hər bir kəs öz fərdi məsuliyyətini dərk etməli və bütün qaydalara riayət etməlidir”, - TƏBİB sədri bildirib.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, koronavirus hələ davam edir. Virus heç bir yerə getməyib, heç bir yerə qeyb olmayıb, bizim aramızdadır. Təmaslar nə qədər çox olarsa, virus da o qədər çox yayılacaq:
"Modul tiplu xəstəxanaların aktuallığı heç vaxt itməyəcək. Bizim ölkəmiz müharibə şəraitində yaşayır. Amma koronavirus tam başa çatandan sonra, ehtiyac olarsa, modul tipli xəstəxanalar gələcəkdə səhra hospitallarına çevrililə bilər".
TƏBİB-in İdarə Heyətinin sədri həmçinin bildirib ki, bugünkü statistik göstəricilər regionlarda karantin rejiminin sərtləşdirilməsinə əsas verir:
"Artıq biz infeksiyanı nəzarət altına almışıq. Əvvəllər isə infeksiya pərakəndə şəkildə yayılırdı. İş yerlərində qaydalara riayət olunmaması yoluxmaların artmasına səbəb olur".