Bakıda karantin qaydaları kobud şəkildə pozulub.
Unikal.org xəbər verir ki, Nəsimi rayonu, Azadlıq prospekti 157 ünvanında yerləşən Beynəlxalq Bankın qarşısında xeyli sayda insanlar toplaşıb. Sıra gözləməyən sakinlərin əksəriyyətinin isə nə əlində əlcək, nə də tibbi maskası var.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda da qeyd edilir ki, koronavirus infeksaiyası səbəbi ilə insnların kütləvi şəkildə bir yerə yığışmağı qəti qadağandır. Bu hərəkəti edənlər isə cəzalandırılacaq.
Gülayə Mecid