Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, gecə və səhər saatlarında duman olacaq.
Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 18-21° isti, Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.