Xəbər verdiyimiz kimi, millət vəkili Novruz Aslanov COVİD-19 infeksiyası ilə bağlı tətbiq olunmuş məhdudiyyətlər dövründə öz seçiciləri ilə onlayn və telefon vasitəsilə əlaqə saxlayır. Hər həftənin dördüncü günləri ənənəvi olaraq deputata seçiciləri tərəfindən telefon zəngləri olur və seçicilər öz problemləri barədə Novruz Aslanova məlumat verirlər. Əsas çətinliklər yaşı 65-dən yuxarı olan insanlarla bağlı olur. Bu çətinlikləri nəzərə alan millət vəkili evlərində qalan belə ahıllara gündəlik qida məhsulları ilə yardımlar edir. Belə yardım kampaniyaları nəinki ahıllara, həmçinin ehtiyaclı ailələrə də edilir.
Unikal.org xəbər verir ki, may ayının 9-da Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna səfər edərək ona telefon vasitəsilə müraciət edən insanların evində olub və onlara zəruri ərzaq yardımları edib. Belə tədbirlər zamanı qoruyucu vasitələrdən istifadə olunur və sosial məsafəyə riayət edilir. Belə vacib davranış qaydaları bərədə deputat görüşdüyü hər bir ailə üzvünə məlumat verir və onları bu qaydalara riayət etməyə çağırır.
Novruz Aslanov xüsusi karantin rejimində risk zonasında fasiləsiz xidmət edən fədakar polis əməkdaşları barədə də söhbət açıb. Onların gecə və gündüz respublikanın bütün şəhər və rayonlarında əhali arasında maarifləndirici işlərin aparmasını, insanlara maska və digər qoruyucu vasitələrin paylamasını bu poblemin həllə istiqamətində həyata keçirilən tədbirlərin bir hissəsinin olduğunu bildirib.
Əlavə olaraq bildirək ki, belə humanitar kampaniyalar davamlı olaraq həyata keçiriləcək.