Bakıda xüsusi karantin rejimi ilə bağlı bəzi qaydalar yumşaldılıb.

Unikal.org bakupost-a istinadən xəbər verir ki, sabahdan Bakıda karantin postlarının sayı minimuma endirilir. Yol patrul xidməti əməkdaşları postlardan çəkiləcək və adi qaydada xidmətlərini davam etdirəcəklər. Onların yerində isə Post Patrul Xidməti və Daxili Qoşunların əməkdaşları xidmət aparacaq.

Bundan başqa nəzarət tədbirləri küçədə davam etdiriləcək. Polis əməkdaşları, eləcə də bəzi YPX əməkdaşları piyada xidmətə cəlb olunacaq. Küçədə hərəkət edən piyadaların karantin rejiminə əməl etməsinə nəzarət edəcəklər.

Bakı şəhəri ərazisində 18 karantin postu qalacaq. Onların yalnız bir neçəsində YPX əməkdaşları olacaq.