Xəbər verdiyimiz kimi, mayın 11-də saat 22:51-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi, təqribən, 22 min 500 kvadratmetrə yaxın olan bazarın 3300 kvadratmetr hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.
Unikal.org-un əməkdaşı hadisə yerindən, son görüntləri yayımlayıb.
Xatırladaq ki, 2019-cu ilin Dekabr ayında da “Eurohome” Ticarət Mərkəzində yanğın baş vermişdi.