İsraildə koronavirusun yeni növü (Covid-19) səbəbiylə həyatını itirənlərin və yoluxanalrın sayında artım müşahidə olunub.
Unikal.org İsrail mətbuatına istinadən xəbər verir ki, İsrail Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, son sutkada Covid-19 diaqnozu qoyulan daha 6 xəstənin öldüyü bildirilib. Bununla da, ölkədə pandemiya qurbanlarının sayı 258-ə çatdığını bildirilib.
Həmçinin, nazirlik son 24 saatda virusa yoluxanların sayı 29 nəfər artaraq, 16 min 550-yə yüksəldiyi açıqlayıb.
Açıqlamada, xəstələrin 66-nın vəziyyətinin ağır olduğu, 11 min 843 adamın sağaldığı bildirilib.
Qeyd edək ki, İsraildə, Covid-19 tədbirləri çərçivəsində bütün məktəblərdə təhsil dayandırılıb və iki nəfərin toplaşması qadağan edilib.
Təl-Əviv rəhbərliyi epidemiya səbəbi ilə İsraildə yaşayanlardan başqa bütün əcnəbilərin ölkəyə girişini qadağan edib.