Bakıda pula görə bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

3 nəfər naməlum şəxs Bakı şəhər sakini O.Həsənovla mübahisə edərək onun çiyin nahiyəsinə bıçaqla xəsarət yetirib və 20 manat pulunu alaraq hadisə yerindən uzaqlaşıblar.

O.Həsənov xəstəxanaya yerləşdirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri T.Yusubov və Z.Abbasov saxlanılıblar.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.