Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Mədəniyyət nazirinin müavini Rafiq Bayramov musiqi məktəblərindən yığdığı pullardan danışıb.
Unikal.org xəbər verir ki, DTX-nın kameralarına açıqlama verən Rafiq Bayramov bildirib ki, ay ərzində musiqi məktəblərindən ümumilikdə 60 min manat vəsait regional idarələrinin rəhbərləri vasitəsi ilə ona çatdırırmış.
Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb.
R.Bayramov bu işlərə görə də, sözügedən vəzifəli şəxslər vasitəsilə ona ay ərzində 150 min, il ərzində isə 1.5 milyon manata yaxın vəsait çatdırırmışlar: "Bu pulları rəislərdən və bəzən də şirkət rəhbərlərindən alırdım".