Qazaxıstanda son sutka ərzində 138 yeni koronavirusa yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Qazaxıstanda toplam 5 min 417 hadisə qeydə alınıb.

Qeyd olunub ki, Qazaxıstanda 2,2 mindən çox insan sağalıb, 32 nəfər COVID-19 qurbanı olub.