Koronavirus pandemiyası ilə bağlı dünən Ukrayna paytaxtı Kiyev şəhərinin Borispol Hava Limanına Bakı, London, Roma, Təl-Əviv şəhərlərindən xüsusi təyyarələrlə gələn 600-dək Ukrayna vətəndaşı təxliyə edilib.
Unikal.org-un Ukrayna Dövlət Sərhəd Mühafizəsi Xidmətinə istinadən verdiyi xəbərə görə, təyyarələrin bütün sərnişinlərinin hərarəti ölçülüb, heç birində qızdırma aşkarlanmayıb.
Məlumatda bildirilir ki, bundan sonra onlar evdə təcrid rejimində qalmalı olacaqlar.
Mövcud qaydaya görə, bütün sərnişinlər mobil telefonlarına evdə təcrid rejiminə əməl etmələri üçün xüsusi proqram yüklətdiriblər.