İyunun11-də Azərbaycan Dövlət Neftvə Sənaye Universitetində (ADNSU) onlayn formatda Məzun-Karyera Sərgisi keçiriləcək. Artıq bir sıra dövlət qurumları və şirkətlər sərgidə iştirak edəcəklərini təsdiqləyiblər.
Unikal.org xəbər verir ki, Məzun-Karyera Sərgisinin onlayn platforması üzərində iş tamamlanmaq üzrədir. İyunun 11-də platformanın təqdimat mərasimi keçirildikdən sonra ADNSU-nun tələbə və məzunları bu platformada şirkətlərin təqdim etdikləri vakant yerlərlə bağlı qeyd olunmuş elektron poçt ünvanına CV-lərini göndərə bilərlər.
İyunnun 25-də onlayn Məzun-Karyera Sərgisinin nəticələri elan olunacaq. Platforma iyunun 25-dən sonra da aktiv olacaq və şirkətlərin vakant iş yerləri ilə bağlı informasiya yenilənəcək.
ADNSU-da Məzun-Karyera Sərgiləri 4 ildir ki, ənənəvi olaraq ildə iki dəfə keçirilir.
onuncu, 2019-cu ilin dekabrında keçirilən VII Məzun-Karyera Sərgisində 89 dövlət qurumu və özəl şirkət ADNSU-nun tələbə və məzunlarına 629 vakant iş yeri və 321 təcrübə yeri təklif edib.