Hazırda bütün dünyanı bürüyən koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, əhalinin sağlamlığının mühafizə olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün zəruri tədbirlər görülür.
Cəmiyyətimizin bütün təbəqələrinin bu tədbirlərə dəstək verməsi xalqımızın birliyinin, həmrəyliyinin və öz dövlətinə inamının ifadəsidir.
Xeyirxahlıq və humanizm ənənələrimizə uyğun olaraq bu çətin günlərdə respublikamızın müxtəlif qurumları tərəfindən ahıl insanlara və aztəminatlı ailələrə həssaslıqla yanaşılır, onlara ərzaq, maddi və digər yardımlar göstərilir.
Unikal.org xəbər verir ki, dövlətimizin bu qəbildən olan vətəndaşların sosial müdafiəsinin təmin olunmasına yönələn tədbirlərinə dəstək olaraq mayın 14-də “Azəraqrartikinti”ASC-nin rəhbərliyinin təşəbbüsü ilə uzun illər Səhmdar Cəmiyyətdə çalışmış və hazırda təqaüddə olan sabiq işçilərin bir qrupuna bütün zəruri ərzaq məhsullarından ibarət bağlamalar çatdırılıb.
Onlarla səmimi şəraitdə keçən fərdi görüşlər zamanı bu günun reallığı olan koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ilə bağlı dövlətimiz tərəfindən görülən genişmiqyaslı işlər vurğulanıb, yüksək vətəndaşlıq məsiliyyəti ilə xüsusi karantin rejiminə və sosial özünütəcrid qaydalarına ciddi şəkildə əməl edilməsinin vacibliyi qeyd olunub.
Ziyarət olunan təqaüdçülər tərəfindən bu ağır günlərdə onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirilib.