Zaqatalada tələbəni qətlə yetirən şəxslə bağlı yeni xəbər var.

Unikal.org xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Mosul kəndi ərazisindəki idman meydançasında qeydə alınıb.

Belə ki, Mosul kənd sakini, 16 yaşlı Əli Əliməmmədov həmyerlisi, 18 yaşlı İlyas İlyasovu arasında şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

Hadisədən sonra Ə.Əliməmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, Ə.Əliməmmədov Mosul kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. İ.İlyasov isə universitet tələbəsidir.