ABŞ-ın Çikaqo ştatında yaşayan 52 yaşlı Lisa Urso adlı qadının evində parçalanmış cəsədi tapılıb. 

Unikal.org xəbər verir ki,  qadının qan verən meyiti evində rəfiqəsi tərəfindən tapılıb. Lizanın rəfiqəsi onun cansız bədəninin üstündə qana bulaşmış itlərini görüb. 

Belə ki, hadisə yerinə gələn polis işçiləri ilkin araşdırmadan sonra 52 yaşlı qadının itləri tərəfindən öldürüldüyünü bildiriblər. 

Ölən Lizanın cəsədini müayinə edən məhkəmə həkimi Houard Cooper, qadının xüsusilə boyun, ayaq və qollarında dərin yaralar olduğunu və itin cəsədin bəzi hissələrini parçaladığını söyləyib.

Həmçinin də, ötən ay sevgilisini dişlədikdən sonra Liza, itini heyvanların idarəetmə mərkəzinə apardığı və itin sağalmasından 10 həftə sonra nəzarətə götürdüyü evə gətirildiyi öyrənilinib. 

Həyatını itirən qadının dostları, Lizanın bir heyvan hüquqları fəalı olduğunu və heyvanlar üçün ianələr bağışladığını bildiriblər.